Şirkətimiz illərin təcrübəsinə əsaslanaraq parklar, bulvarlar, əyləncə mərkəzləri və istirahət kompleksləri üçün tam spektrli həllər təqdim edir: attraksionların layihələndirilməsi və istehsalı, uşaq oyun meydançaları, açıq hava idman alətləri və manqal avadanlıqlarının hazırlanması, quraşdırma, sınaq və dövri texniki xidmət.
Bütün məhsullarımız beynəlxalq təhlükəsizlik standartlarına uyğun istehsal olunur, qaynaq birləşmələri NDT üsulları ilə yoxlanılır və texniki pasportlarla təhvil verilir. Keyfiyyət, təhlükəsizlik və müştəri məmnuniyyəti fəaliyyətimizin əsas prinsipləridir.






