Attraksion əyləncə və istirahət məkanları üçün müasir avadanlıqların istehsalı, satışı, quraşdırılması və texniki xidməti üzrə ixtisaslaşmış şirkətdir.Fəaliyyətimizin əsas istiqaməti müasir, təhlükəsiz və keyfiyyətli attraksion avadanlıqlarının hazırlanması və müxtəlif layihələrdə tətbiqidir.
Peşəkar komandamız layihənin ilkin planlaşdırılmasından başlayaraq avadanlıqların istehsalı, quraşdırılması, sınaqdan keçirilməsi və texniki xidmətinə qədər bütün mərhələlərdə müştərilərimizə dəstək göstərir.Bununla yanaşı, şirkətimiz açıq hava idman alətlərinin və manqal avadanlıqlarının istehsalı, müxtəlif növ attraksionların quraşdırılması və sınaqdan keçirilməsi, eləcə də texniki inspeksiya və sənədləşmə xidmətləri təqdim edir.
Bizim üçün keyfiyyət, təhlükəsizlik və müştəri məmnuniyyəti əsas prinsiplərdir. Məqsədimiz Azərbaycanda müasir əyləncə məkanlarının inkişafına töhfə vermək və hər bir layihə üçün etibarlı, funksional və uzunömürlü həllər təqdim etməkdir.
Attraksion — əyləncə dünyasını birlikdə quraq.























